Tərtərdə partlamamış döyüş sursatları aşkarlanıb

Tərtərdə partlamamış döyüş sursatları aşkarlanıb
# 23 aprel 2012 12:26 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər rayonun Şıxarx qəsəbəsində bir ədəd TM-57 markalı tank əleyhinə mina, bir ədəd 100 mm çaplı top mərmisi tapılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, döyüş sursatları Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) sifarişi əsasında partlayıcı qurğular, mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə təmizləmə əməliyyatı aparan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Mina İcma Aksiyası komandası tərəfindən aşkarlanıb. İstismara yararsız halda olan sursatların partladılmaqla zərərsizləşdirilməsi nəzərdə tutulub.

Son bir ay ərzində sözügedən komanda və ANAMA-nın Çevik Əməliyyat Qrupu tərəfindən, ümumilikdə iki TM-57 markalı tank əleyhinə mina, iki ədəd 100 mm çaplı top mərmisi, Tərtər Rayon İcra Hakimiyyətinin ANAMA-ya müraciəti əsasında isə Həsənqaya kəndindən iki ədəd 82 mm çaplı minaatan mərmisi aşkarlanaraq götürülüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR