YAP Lerikdə “Azərbaycan-2020:gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirib

YAP Lerikdə “Azərbaycan-2020:gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirib
# 05 iyul 2012 16:42 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Bu gün Lerik rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə təşkil olunmuş yay məktəbi çərçivəsində yerli gənclərin iştirakı ilə "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovun, YAP icra katibinin müavini Mübariz Qurbanlının, parlament üzvləri Hadi Rəcəbli və Asəf Hacıyevin qatıldığı tədbirdə gənclərlə müxtəlif mövzularda müzakirələr aparılıb, onların təklifləri dinlənilib. Tədbirdə çıxış edən Əli Əhmədov bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclərin müxtəlif dövlət proqramlarının hazırlanmasında və reallaşdırılmasında iştiraka cəlb etməkdən ibarətdir. Yay məktəbinin təşkil olunmasında isə əsas məqsəd gəncləri bir araya gətirmək, onların cəmiyyətdə rolunu artırmaq və dövlətin idarəetmə strukturlarında təmsil olunmalarını təmin etməkdir. Görüş zamanı gəncləri maraqlandıran suallar millət vəkilləri tərəfindən cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR