Jirinovski: “Rusiya Avropa Şurasında üzvlüyünü dayandırmalıdır”

Jirinovski: “Rusiya Avropa Şurasında üzvlüyünü dayandırmalıdır”
# 28 sentyabr 2012 09:03 (UTC +04:00)
Baki-APA. Rusiya Liberal-Demokrat partiyasının lideri Vladimir Jirinovski Rusiya nümayəndə heyətini AŞPA-nın payız sessiyasına getməməyə və Rusiyanın bu qurumda üzvlüyünü dayandırmağa çağırıb. APA-nın məlumatına görə, Jirinovski bildirib ki, Avropa Şurasına dərs vermək lazımdır: “Parlament tribunasından deputatları sessiyaya getməməyə çağıracağam. Avropa Şurası və onun ayrı-ayrı nümayəndələrinin Rusiyaya hansısa qanunu qəbul edib-etməməyə göstəriş vermək hüququ yoxdur: “Onlar hansısa xuliqanları həbsxanaya atdığımız üçün bizə irad tuta bilməzlər. Ümumiyyətlə Avropa Şurasında üzvlüyümüzü dayandırmaq və 2013-cü il üçün üzvlük haqqı ödəməmək lazımdır. Biz bununla 20 milyon avro qənaət etmiş olarıq. Rusiya hər il bu quruma 20 milyon üzvlük haqqı köçürür. Özlərini yaxşı aparmağı öyrənsələr, 2014-cü ildə təkrar gedər və üzvlük haqqımızı ödəyərik”.

Qeyd edək ki, AŞPA-nın payız sessiyası çərçivəsində oktyabrın 2-də Rusiyanın AŞ qarşısında öhdəliklərinə dair hesabat müzakirə olunacaq. Müzakirələrdən sonra qətnamənin qəbulu gözlənilir, Moskva bu qətnaməni Rusiyanın əleyhinə sənəd kimi dəyərləndirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR