Bahar Muradova: “Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağın heç bir hüquqi nəticə verməyəcəyini Ermənistanda anlayanlar var”

Bahar Muradova: “Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağın heç bir hüquqi nəticə verməyəcəyini Ermənistanda anlayanlar var”
# 07 sentyabr 2012 10:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq məsələsi Ermənistanda dəfələrlə gündəmə gəlib. Amma hər dəfə də hakimiyyət Ermənistan və Dağlıq Qarabağ rejimi üçün yaxşı gələcək vəd etmədiyini anlayaraq bu addımın qarşısını alıb. Bu günlərdə Ermənistan parlamentinə təqdim olunmuş qanun layihəsini də eyni aqibət gözləyir”. APA-nın xəbərinə görə, bu sözləri YAP-ın rəsmi saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, həmin qanun layihəsi qəbul olunsa belə, Azərbaycan üçün heç nə dəyişməyəcək: “Çünki Dağlıq Qarabağ beynəlxalq hüququn subyekti deyil, subyekt olmaq üçün heç bir imkanı da yoxdur. Ən azı ona görə ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və hal-hazırda ətrafındakı rayonlarla birlikdə Ermənistanın işğalı altındadır. Ona görə də, belə bir qərarın qəbulunun heç bir hüquqi nəticə verməyəcəyini Ermənistanda anlayanlar var”.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov isə deyib ki, Ermənistan qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıya bilməz: “Bu cəhdlərin heç bir mənası yoxdur. Çünki Azərbaycan öz mövqeyində ədalətlidir. Mövcud münaqişənin səbəbkarı Ermənistandır. Əgər bu dövlət Azərbaycanın torpaqlarını işğal etməsəydi, bir milyondan çox insanı hərbi təcavüz nəticəsində öz torpaqlarından çıxarmasaydı, bu münaqişə də yaranmazdı. Ermənilər başa düşməlidir ki, müxtəlif yollarla əl atmaqla, yalan bəyanatlar verməklə heç kimi aldada bilməyəcəklər. Çətin durumda olan Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq iqtidarında da deyil. Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Ermənistan bu reallığı anlamalı və qəbul etməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR