Nümayişçilər Suriyanın Misirdəki səfirliyinə hücum ediblər

Nümayişçilər Suriyanın Misirdəki səfirliyinə hücum ediblər
# 19 iyul 2012 04:59 (UTC +04:00)
Bakı-APA. Qahirədə yüzlərlə insan Suriyanın bu ölkədəki səfirliyinə hücum edib. APA-nın məlumatına görə, hadisə Misirdəki Suriya diasporunun mitinqi zamanı baş verib. Bir neçə yüz nəfər mitinqdən ayrılaraq səfirliyə hücum ediblər. Polis onları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə zamanı 14 nəfər saxlanılıb. Xəsarət alanlar barədə məlumat yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR