İran Almaniyaya da neft ixracını dayandırıb

İran Almaniyaya da neft ixracını dayandırıb
# 11 aprel 2012 14:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran İspaniyadan sonra Almaniyaya da neft ixracını dayandırıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Tehran Qərbin İrana yönələn neft sanksiyalarına qarşı önləyici addım ataraq belə bir qərar qəbul edib.

Qeyd edək ki, İran daha öncə Fransa, Böyük Britaniya və Yunanıstana da neft ixracını dayandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR