İraq Türkiyəyə xəbərdarlıq edib

İraq Türkiyəyə xəbərdarlıq edib
# 17 iyul 2012 16:32 (UTC +04:00)
Bakı – APA. İraq hökuməti Türkiyəyə xəbərdarlıq ünvanlayıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, İraq hökumətinin sözçüsü Əli Dəbbağ Türkiyənin havadan və qurudan İraq sərhədlərini pozduğunu bəyan edib. Ə. Debbağ bildirib ki, İraq radarları dəfələrlə Türkiyə hərbi təyyarələrinin ölkənin hava məkanını pozduğunu qeydə alıb: “İraq hökuməti ölkənin hava məkanına və suverenliyinə qarşı yönəlmiş bu əməlləri pisləyir və Türkiyəyə bu mövzuda xəbərdarlıq edir”.

İraqın baş naziri Nuri əl Maliki də bəzi qonşu ölkələrin təyyarələrinin İraq hava məkanını pozduğunu bildirərək bu pozuntular qarşısında səssiz qalmayacaqlarını söyləyib.

Qeyd edək ki, Türkiyə hərbi təyyarələri vaxtaşırı İraqın şimalına daxil olaraq PKK terror təşkilatının bazalarını bombalayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR