Arif Vəliyev: «Bu il Azərbaycanda inflyasiya 3-4% olacaq» - FOTO

Arif Vəliyev: «Bu il Azərbaycanda inflyasiya 3-4% olacaq» - <font color=red>FOTO</font>
# 23 aprel 2012 10:00 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, cari ilin yanvar-mart aylarında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ilin analoji dövrünə nisbətən 3,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,9%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, xidmət tarifləri isə 2,5% bahalaşıb: «Cari ilin sonuna ölkədə inflyasiyanın təxminən 3-4% olacağı gözlənilir».

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ölkədə inflyasiyanın səviyyəsi 6%, 2013-cü ildə - 5%, 2014-cü ildə - 5,3%, 2015-ci ildə isə 4,8% təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR