Ermənistan ordusu növbəti atəşkəs pozuntusuna yol verib

Ermənistan ordusu növbəti atəşkəs pozuntusuna yol verib
# 19 iyul 2012 07:07 (UTC +04:00)
Bakı – APA. Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 18-də və 19-na keçən gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində; Ağdam rayonunun Qaraqaşlı; Füzuli rayonunun Qorqan; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən atəşkəs rejimini pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR