Şəki və Qax rayonlarında yanğın hadisələri baş verib

Şəki və Qax rayonlarında yanğın hadisələri baş verib
# 02 aprel 2012 07:36 (UTC +04:00)
Şəki-Qax. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki və Qax rayonlarında yanğın hadisələri qeydə alınıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayon Yanğından Mühafizə hissələrindən (YMH) məlumat verilib. Şəki YMH-dən bildirilib ki, gün ərzində rayonda iki yanğın hadisəsi baş verib. Yevlax-Balakən dəmir yolunun Şəki rayonu, Qoxmuq kəndindən keçən hissəsində, dəmir yolu xəttinin 25 ədəd şpalı yanıb. Dəmir yolu xəttinin qalan hissəsi yanğından mühafizə edilib. Bildirilib ki, yanğın Bakı-Balakən qatarının hərəkətində heç bir məhdudiyyət yaratmayacaq.
Digər yanğın hadisəsi isə rayonun Qaradağlı kəndinin inzibati ərazisinə məxsus sahədə baş verib. Nəticədə 1 hektar sahədə quru ot və kol-kos yanıb.
Qax rayon YMH-dən APA-ya verilən məlumata görə, Qax rayonunda da gün ərzində iki yanğın hadisəsi qeydə alınıb. Baş vermiş yanğın hadisələrindən biri Qax rayonu, Ağyazı kəndində Nəriman Əfəndiyeva məxsus, ümumi sahəsi 600 kv/ m olan fermada baş verib. Yanğın nəticəsində fermanın dam örtüyünün yanar konstruksiyalarının 120 kv/m sahəsi yanıb. Qax rayonunun, Kiçik Alatəmir kəndində isə meşə ərazisində 3 hektar sahədə kol-kos yanıb. Yanğının genişlənərək meşə zolağına keçməsinin qarşısı alınıb. Faktla bağlı Şəki və Qax rayon YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR