Respublika Baytarlıq Xidməti Şirvanda zona müşavirəsi keçirib – FOTO

Respublika Baytarlıq Xidməti Şirvanda zona müşavirəsi keçirib – <font color=red>FOTO </font>
# 10 fevral 2012 11:03 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. Respublika Baytarlıq Xidməti Şirvan şəhərində 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair zona müşavirəsi keçirib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 18 rayondan baytarların iştirak etdiyi müşavirədə ölkədəki epizootik vəziyyət, 2012-ci ildə görüləcək işlər müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova çıxışında bildirib ki, baytarlıq xidmətinin əməkdaşları iri buynuzlu, xırda buynuzlu, təkdırnaqlı heyvanlarda, eləcə də donuzlarda qarayara, dabaq, itlərdə quduzluq, quşlarda taun, iri və xırda buynuzlu heyvanlarda leptespiroz, qoyunlarda çiçək və digər iti yoluxucu xəstəliklər əleyhinə profilaktik tədbirlər həyata keçiriblər: “Nəticədə son 3 ildə heyvanlarda brüselyoza yoluxmanın faizi aşağı enib. “Quş qripi”nə qarşı müvafiq qurumlarla birlikdə 7 dəfə monitorinq aparılıb. Ölkə ərazisində həm çöl, həm də ev quşlarına görə aparılan bu monitorinqlər zamanı götürülmüş 9081 nümunə (qan və patoloji material) Respublika Baytarlıq Laboratoriyasında müayinə edilib və nümunələrdə “quş qripi” müəyyən olunmayıb. Ötən il quduzluq əleyhinə 71 nümunədə laboratoriya müayinəsi aparılıb, 32 halda quduzluq aşkarlanıb”.

Ümumilikdə bildirilib ki, iti yoluxucu xəstəliklərə görə Azərbaycan Respublikasında epizootik vəziyyət sabitdir.

Cari ildə ölkənin epizootik sabitliyini təmin etmək məqsədilə xəstəliklərə qarşı vaksinasiya, heyvanların identifikasiyası sistemi layihəsinin hazırlanmasının başa çatdırılması, 2011-ci ildə tikintisi başlanan 14 baytarlıq obyektindən 8-də tikintilərin yekunlaşması nəzərdə tutulur. Eyni zamanda 10 rayon baytarlıq idarəsi, 1 zona baytarlıq laboratoriyasının, 742 sahə baytarlıq, Bakı şəhər baytarlıq və dəmiryolunda baytarlıq nəzarəti idarəsinin də tikintisi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR