Şabran rayon sakinini ilan sancıb

Şabran rayon sakinini ilan sancıb
# 31 may 2012 06:43 (UTC +04:00)
Siyəzən. Vəli Turan – APA. Şabran rayon sakinini ilan sancıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran rayon sakini, 1995-ci il təvəllüdlü Rasim Abbasov həyətyanı sahəsində ot bişən zaman baş verib. İlan onun sol ayağını sancıb. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika mərkəzinə çatdırılıb.
R. Abbasovun vəziyyəti ağır olduğundan Bakıdakı Klinik Tibbi Mərkəzin Toksikologiya Şöbəsində aparılıb. Qeyd edək ki, bu, son bir həftə ərzində Siyəzən rayonunda qeydə alınan 2-ci analoji faktdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR