Finlandiya XİN: «Türkiyə Avropa Birliyinə qəbul edilməlidir»

Finlandiya XİN: «Türkiyə Avropa Birliyinə qəbul edilməlidir»
# 17 fevral 2012 23:49 (UTC +04:00)
Bakı-APA. Türkiyə Avropa Birliyinə qəbul edilməlidir. Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyya Brukinqs institutunda Avropada müsəlman icmalarının assimilyasına həsr olunmuş seminardakı çıxışında bu fikri işlədib.

«Biz Finlandiyada və mən şəxsən Türkiyənin Avropa Birliyinə üzv olması ideyasını çox fəal surətdə dəstəkləyirik», deyə Tuomioyya bildirib. O Ankaranın Avropa Birliyi meyarlarına uyğun olub-olmaması məsələsini obyektiv surətdə müəyyən etməyə çağırıb.

Finlandiya XİN başçısı Türkiyənin Avropa Birliyinə daxil olmasını strateji məsələ kimi dəyərləndirib. «Mən bu addımın heç bir mənfi nəticələrə gətirəcəyini düşünmürəm», deyə nazir əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR