SECO-nun regional direktorunun müavini Matias Feldman: «Korporativ idarəetmə sisteminin tətbiqi özəl sektora dəstək verir»

SECO-nun regional direktorunun müavini Matias Feldman: «Korporativ idarəetmə sisteminin tətbiqi özəl sektora dəstək verir»
# 08 oktyabr 2012 11:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda korporativ idarəetmə sisteminin tətbiqi özəl sektora dəstək və onun inkişafına təkan verir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan SECO-nun (İsveçrə İqtisadi Əməkdaşlıq Dövlət Katibliyi) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Matias Feldman bildirib.

M.Feldman qeyd edib ki, SECO son 10 il ərzində özəl sektorun inkişafına 70 mln. ABŞ dolları məbləğində vəsait ayırıb. «SECO Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin (AKİL) hər iki mərhələsində yaxından iştirak edib. Bu layihənin icrasına cəlb olunmuş şirkətlər keyfiyyətli korporativ idarəetmə sistemini tətbiq etdikdən sonra 130 mln. dollar məbləğində vəsait cəlb edə bilib», - deyə SECO rəsmisi vurğulayıb.

Qeyd edək ki, 2001-ci ildən etibarən Azərbaycanla əməkdaşlıq edən SECO ölkədə bir sıra sahələrin inkişafı üçün 40 mln. dollardan artıq maliyyə vəsaiti ayırıb. Hər il İsveçrə Azərbaycana müxtəlif sahələrin inkişafı üçün 6 mln. dollar məbləğində əvəzsiz yardım göstərir. Həmin sahələrə korporativ idarəetmə, lizinq, ilkin ipoteka, dövlət qiymətli kağızlar bazarı, intellektual mülkiyyət hüquqları və su təchizatı daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR