Ağdamda 40 yaşlı kişi özünü öldürüb

Ağdamda 40 yaşlı kişi özünü öldürüb
# 13 avqust 2012 07:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Ağdamda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Rəhbər Xeybər oğlu Əbdürrəhmanov yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. O, iki uşaq atası olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR