İspaniya iş adamları Bakıda səfərdədir

İspaniya iş adamları Bakıda səfərdədir
# 17 oktyabr 2012 08:17 (UTC +04:00)
Bakı – APA-Economics. İspaniyanın alternativ enerji, tikinti, mühəndislik, memarlıq və şəhərsalma, nəqliyyat, su təchizatı, yanğından mühafizə sistemləri sahəsində fəaliyyət göstərən 10-a yaxın şirkətinin nümayəndəsi Azərbaycanda səfərdədir.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ispan iş adamlarının ölkəmizdə müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşləri təşkil edilib, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfər zamanı İspaniya şirkətləri Azərbaycanın bir sıra dövlət qurumlarında da görüşlər keçirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR