MDB Müdafiə Nazirləri Şurasının toplantısı keçirilib

MDB Müdafiə Nazirləri Şurasının toplantısı keçirilib
# 06 iyul 2012 09:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Rusiya Federasiyasının Kalininqrad şəhərində MDB Müdafiə Nazirləri Şurasının toplantısı keçirilib. APA-nın xəbərinə görə, nazirlər 25-dən çox məsələni nəzərdən keçiriblər.
Bunlar arasında Rusiya Silahlı Qüvvələrinin orbital qruplaşmasının və kosmik aparatlarının MDB ölkələrinin silahlı qüvvələrinin maraqları naminə birgə istifadəsi, hərbi təyinatlı birgə sistemlərin yaradılması və təkmilləşdirilməsi, o cümlədən hərbi təyinatlı vahid geoinformasiya sisteminin yaradılması məsələsi də var. Nazirlər humanitar minatəmizləmə əməliyyatları zamanı MDB ölkələri silahlı qüvvələrinin mühəndis-istehkamçı qoşunlarının qarşılıqlı fəaliyyətinə dair saziş layihəsini bəyəniblər və birgə “Təmiz səma-2012” komanda-qərargah təliminin ideyasını təsdiqləyiblər.

İclasda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev də iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR