İranda spirtli içki qəbul edən 2 nəfər edam cəzasına məhkum edilib

İranda spirtli içki qəbul edən 2 nəfər edam cəzasına məhkum edilib
# 25 iyun 2012 07:04 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Xorasan Məhkəməsi spirtli içki qəbul edən 2 nəfər barəsində ölüm hökmü çıxarıb. APA-nın məlumatına görə, bu barədə Xorasan Məhkəməsinin rəisi Seyid Həsən Şəriəti jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, edam cəzasına məhkum edilən 2 şəxs üçüncü dəfə içkili halda yaxalanıb: “İranda spirtli içkilərin qəbulu və satışı qadağandır. Bu iki nəfər təkrarən içkili halda yaxalanıblar. Odur ki, məhkəmə onları edam cəzasına məhkum edib. Xorasan Məhkəməsinin hökmü İranın Ali Məhkəməsi tərəfindən də təsdiq edilib. Ölüm hökmü qanunlara uyğun şəkildə icra ediləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR