Ombudsman Niderland Xarici İşlər Nazirliyinin nümayəndələrini qəbul edib

Ombudsman Niderland Xarici İşlər Nazirliyinin nümayəndələrini qəbul edib
# 08 fevral 2012 13:04 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Peter Uijterlinder, həmin ölkənin Xarici İşlər Nazirliyinin hüquq məsələləri üzrə eksperti Niko Van der Laanı və Nazirliyin Yaxın Şərq, Asiya və Avropa üzrə əlaqələndiricisi xanım Meil Kieli qəbul edib. Ombudsman APAratından APA-ya verilən məlumata görə, E. Süleymanova insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyəti və bu istiqamətdə təsisat tərəfindən görülən tədbirlər haqqında ətraflı məlumat verib.

Qonaqların Ombudsmana verilən yeni səlahiyyətlərlə bağlı suallarını cavablandıraraq, E. Süleymanova “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edildiyini bildirib.

Elmira Süleymanova son illərdə Ombudsmana müraciət edənlərin sayının artdığını, bunun isə cəmiyyətdə təsisata olan inamın göstəricisi olduğu deyib. Qeyd edilmişdir ki, fəaliyyət dövrü ərzində əhalinin müxtəlif kateqoriyaları ilə bağlı Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin heç biri cavabsız qalmayıb. Qonaqlar ətraflı məlumat üçün Müvəkkilə təşəkkürlərini bildirmiş onun insan hüquqları sahəsində fəaliyyətini müsbət dəyərləndirib, habelə bu görüşün faydalı fikir mübadiləsi olduğunu vurğulayıblar.

Qonaqların insan hüquqlarının pozulmasına dair şikayətlərin verilmə və baxılma qaydası, həmin müraciətlərin məzmunu, tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı müəssisələrə başçəkmələr, 2006-cı ildə qəbul edilmiş MFP-nın nəticələri, Azərbaycan vətəndaşı olan digər millətlərin nümayəndələrinin hüquqlarının müdafiəsi, sərbəst toplaşmaq hüququ, din və vicdan azadlığının təmin edilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərin implementasiyasının monitorinqi, milli qanunvericilik aktlarının beynəlxalq hüquqi aktlara uyğunlaşdırılması ilə bağlı sualları da cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR