Qobustan həbsxanasına mobil telefonların keçirilməsinin qarşısı alınıb - FOTO

Qobustan həbsxanasına mobil telefonların keçirilməsinin qarşısı alınıb - <font color=red>FOTO</font>
# 16 iyul 2012 09:00 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həbsxanada cəza çəkən, Cinayət Məcəlləsinin 127.1; 128; 66.2; 67-ci maddələri ilə təqsirli bilinərək 11 il 1 ay müddətinə azadlıqdan məhrum edilən, 1983-cü il təvəllüdlü məhkum Rasim Tofiq oğlu Ağayevin yanına qısa müddətli görüşə gələn qohumları - Əliyev Xıdır Elşad oğlu və Səfərov Elman Elandar oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman əridilmiş yağ üçün nəzərdə tutulmuş “Teksun” dəmir qabının içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd “Nokia”, 1 (bir) ədəd “Soni-Erikson” markalı mobil telefonlar, 4 (dörd) ədəd elektrik qidalandırıcı, 1 (bir) ədəd BL-5CT markalı ehtiyat batareya, 1 (bir) ədəd Nar, 1 (bir) ədəd Cin, və 1 (bir) ədəd Azərcell nömrələri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR