Elazığda Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Qarabağ qan ağlayır” mövzusunda konfrans keçiriləcək

Elazığda Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Qarabağ qan ağlayır” mövzusunda konfrans keçiriləcək
# 07 fevral 2012 01:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Fevralın 22-də Türkiyənin Elazığ şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “Qarabağ qan ağlayır” mövzusunda konfrans keçiriləcək. Bu barədə APA-ya tədbirin təşkilatçısı, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) üzvü, hazırda Türkiyədə yaşayan soydaşımız Məhəmməd Golan məlumat verib. Onun sözlərinə görə, tədbir Elazığ şəhərindəki Fırat Universitetinin tələbələri tərəfindən ali təhsil müəssisəsinin rəhbərliyinin və Elazığ bələdiyyəsinin dəstəyi ilə keçirilir: “Konfransda Elazığ valisi, Elazığ bələdiyyəsinin sədri, Fırat Universitetinin müəllim və tələbə heyəti, Elazığ şəhərində yaşayan azərbaycanlılar iştirak edəcəklər. Tədbirdə Qarabağ bölgəsindən olan iki azərbaycanlı (onlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi zamanı şəhid olmuş ailənin üzvüdür) və Fırat Universitetinin tarix fakültəsinin müəllimləri çıxış edəcəklər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR