Azərbaycan paytaxtında qaz abunəçilərinin smart sayğaclarla təmin olunması bu il başa çatacaq

Azərbaycan paytaxtında qaz abunəçilərinin smart sayğaclarla təmin olunması bu il başa çatacaq
# 31 may 2012 13:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin sonuna qədər Bakı şəhərində qaz abunəçilərinin smart sayğaclarla təmin olunması başa çatacaq.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, indiyədək 300 minə yaxın abunəçi smart sayğaclarla təmin olunub: “İlin sonuna qədər Bakıdakı bütün abunəçilər, təxminən 560-570 min abunəçi bu sayğaclarla təmin olunacaq”.

Ə.Hacıyev qeyd edib ki, gələn ilin ortalarından Bakı və Abşeron yarımadası qaz təchizatı sisteminin yenidən qurulmasına başlanacaq. Bunun üçün məsləhətçi seçilmiş Almaniyanın şirkəti yenidənqurma işləri üzrə texniki-iqtisadi əsaslandırmanı hazırlayır: “Bu işlər sentyabrda başa çatdıqdan sonra tender elan olunacaq və gələn ilin ortalarından sistemin yenidən qurulmasına başlanacaq. Yenidənqurma işləri nəticəsində qaz sistemində itkilər azalacaq, idarəetmə təkmilləşəcək, təhlükəsizliyə nəzarət isə artacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR