Azərbaycanın maliyyə naziri Belarusda bir sıra görüşlər keçirib - FOTO

Azərbaycanın maliyyə naziri Belarusda bir sıra görüşlər keçirib - <font color=red>FOTO</font>
# 06 iyul 2012 09:28 (UTC +04:00)
Bakı - APA-Economics. Belarusda səfərdə olan Azərbaycanın maliyyə naziri Samir Şərifov Minskdə bir sıra görüşlər keçirib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, səfər Belarusun maliyyə naziri Andrey Xarkovesin dəvəti əsasında baş tutub.

S.Şərifov Belarusun baş naziri Mixail Myasnikoviç ilə keçirilən görüşdə Azərbaycanın sürətli iqtisadi inkişafı barədə ətraflı məlumat verib, Azərbaycanla Belarus arasında bütün sahələrdə dialoqun daha da intensivləşdirilməsinin vacibliyini bildirib. Nazir prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun siyasi iradələrinə uyğun olaraq iki ölkə arasındakı münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd edib, Azərbaycanın Belarusla bütün sahələrdə əməkdaşlığı daha da genişləndirməsinin dövlətlərimizin strateji maraqlarına cavab verdiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında həyata keçirilən birgə layihələr barədə danışan baş nazir M.Myasnikoviç iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı investisiyalar baxımından yaxşı perspektivlərin olduğunu qeyd edib: “Yüksək səviyyədə dövlətlərarası dialoq hesabına ticari-iqtisadi əməkdaşlıq sahəsində bir sıra konkret layihələr reallaşdırılıb”.

Səfər çərçivəsində maliyyə naziri S.Şərifov Belarus baş nazirinin müavini Mixail Rusiy, maliyyə naziri Andrey Xarkoves, Milli Bankın sədri Nadejda Yermakova, əmək və sosial müdafiə naziri Marianna Şatkina ilə də ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi bir daha vurğulanıb, iqtisadi, o cümlədən maliyyə, investisiya, bank, sığorta, yeni istehsal sahələrinin açılmasına dair Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR