Novruz Aslanov: “Azərbaycanda ötən il elan edilmiş yardım kampaniyalarında vətəndaşların aktivliyi əvvəlki illərlə müqayisədə yüksək olub”

Novruz Aslanov: “Azərbaycanda ötən il elan edilmiş yardım kampaniyalarında vətəndaşların aktivliyi əvvəlki illərlə müqayisədə yüksək olub”
# 09 mart 2012 13:24 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu AzQAC sədri, millət vəkili
Novruz Aslanov jurnalistlərə açıqlamasında deyib. N. Aslanov cəmiyyət tərəfindən ötən il Somalidə aclıqdan, Türkiyənin Van bölgəsində zəlzələdən və Filippində seldən əziyyət çəkənlər üçün yardım kampaniyaları elan olunduğunu deyib. Onun sözlərinə görə, Somali və Türkiyə ilə bağlı elan olunan kampaniyaların hər birində 40 min ABŞ dollarından çox vəsait toplanıb.
Türkiyədə zəlzələdən zərər çəkənlər üçün elan olunan kampaniyalarda Milli Məclisin bir qrup üzvünün də iştirak etdiyi xatırladan N. Aslanov, kampaniyada ən çox vəsaitin Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən (7 min dollardan artıq) ayrıldığını vurğulayıb. N. Aslanov deyib ki, şəxsiyyətini açıqlamayan bir şəxs isə Türkiyədə zəlzələdən zərərçəkənlərə 5 min dollar yardım edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR