Bank Of Baku

Azərbaycanda biznesin qeydiyyatı ilə bağlı hazırlanmış hesabatın təqdimatı keçiriləcək

Azərbaycanda biznesin qeydiyyatı ilə bağlı hazırlanmış hesabatın təqdimatı keçiriləcək
# 03 fevral 2010 09:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevralın 5-də Bakıda Dünya Bankı Qrupunun (WBG) İnvestisiya Mühitinin Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsinin hazırladığı Azərbaycanda biznes qeydiyyatı hesabatının təqdimatı keçiriləcək.

WBG-nin üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, araşdırmanın əsas məqsədi yeni «bir pəncərə» sisteminin təsirini ölçmək və yeni şirkətlərə qeydiyyatla bağlı vaxtın və xərclərin azaldılmasına köməyini, yeni sistemin tətbiqi ilə bağlı hələ də həll olunmayan məsələləri, ölkə üzrə yeni prosedurların tətbiqində fərqlərin olmasını, Azərbaycanda şirkətin qeydiyyatı ilə bağlı hələ də mövcud olan maneələri, qeydiyyat prosedurları ilə bağlı xərcləri və fərmanın iqtisadi təsirini qiymətləndirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR