Şamaxıda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

Şamaxıda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib
# 15 fevral 2015 19:44 (UTC +04:00)

Bakı-APA. Şamaxı rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, şamaxının Muğanlı kəndi ərazisində vətandaşa məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb.

Nəticədə sürücü və 4 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR