Bank Of Baku

Jurnalistlər Azərbaycan-Türkiyə birgə təlimlərini izləyib

Jurnalistlər Azərbaycan-Türkiyə birgə təlimlərini izləyib
# 03 may 2019 12:17 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən mayın 1-dən 3-dək keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərini işıqlandırmaq məqsədilə mayın 3-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olan  jurnalistlər yerinə yetirilən tapşırıqların icrasını canlı olaraq müşahidə məntəqəsindən izləyiblər.

ONA-nın təlimi izləyən əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR