AMEA magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi üzrə müvafiq ixtisasları açıqlayıb - CƏDVƏL

AMEA magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi üzrə müvafiq ixtisasları açıqlayıb - <span style="color: red;">CƏDVƏL
# 10 aprel 2015 08:06 (UTC +04:00)

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi magistratura səviyyəsinin ikinci mərhələsinə qəbul olunmaq üçün AMEA üzrə ixtisaslaşma seçimi və ixtisaslaşmalar üzrə qəbul proqramları müəyyən edilib. Bakalavrlar AMEA-da magistratura səviyyəsi üzrə ilk dəfə tədris olunacaq müvafiq ixtisaslar üzrə seçim edə bilərlər.

AMEA-da magistraturaya tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır.

Qeyd edək ki, təhsilin magistratura pilləsində Azərbaycan Milli Elmlər Akademiyasına 7 ixtisas-Filologiya, Antropologiya, Fizika, Kimya, Biologiya, Geologiya, Aqronomluq üzrə 20 yer ayrılıb.

Magitraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 22-də keçirilib. Proqram seçimi isə aprelin 1-dən başlayıb, bu gün başa çatacaq. Qəbul imtahanının 2-ci mərhələsi aprelin 26-da keçiriləcək. 7-12 may tarixlərində magistraturaya ixtisaslaşma seçimi, 22-28 iyun tarixlərində isə boş qalan yerlərə ixtisaslaşma seçimi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR