"Bank VTB (Azərbaycan)"ın keçirdiyi lotereyanın qalibi: "Əvvəl inanmadım, elə bildim dostlarımın zarafatıdır" - MÜSAHİBƏ

"Bank VTB (Azərbaycan)"ın keçirdiyi lotereyanın qalibi: "Əvvəl inanmadım, elə bildim dostlarımın zarafatıdır" - <span style="color: red;">MÜSAHİBƏ
# 15 oktyabr 2015 10:07 (UTC +04:00)

"Bank VTB (Azərbaycan)" tərəfində oynanılan “Uduşlu hesab” lotereyasının qalibi nəhayət ki, öz uduşunu almağa gəldi. Çingiz Hüseynzadə "Chevrolet Cruze" markalı avtomobil qazanıb. Bizimlə müsahibədə lotereyanın qalibi öz sevincini bölüşdü.

- Sizi qalib olmaq münasibəti ilə təbrik edirik və çox sevinirik ki, Siz nəhayət ki, gələ bildiniz. Qalib olduğunuzu necə öyrəndiniz? İlk düşündüyünüz nə oldu?

- Mənə bankın əməkdaşı zəng vurub avtomobil qazandığımı söylədi. Düzünü desəm, əvvəl buna inanmadım. Düşündüm ki, bu dostlarımın zarafatıdır. Hətta iş yoldaşlarımdan xahiş etdim ki, "Bank VTB (Azərbaycan)"ın saytında qaliblərin siyahısına baxsınlar. Biletimin nömrəsini qalib olan nömrələrin arasında görəndə bildim ki, bu həqiqətdir. Çox sevindim.

- Yaxınlarınız bu xəbəri necə qarşıladı?

- Mən əvvəlcə ailə üzvlərimlə bu xəbəri bölüşmədim. Çünki tam əmin deyildim. Bu barədə yalnız yaxın dostlarıma xəbər etdim. Əlbəttə ki, hər kəs çox təəccüblənmişdi.

- Bundan əvvəl lotereyada qazanmısınız?

- Hələ Sovet İttifaqı dövründə mən lotereya biletləri alırdım. Hər zaman 3 bilet götürürdüm və bir çox hallarda onlardan biri uduşlu olurdu. Düzdür, məbləğ böyük olmurdu - 1 rubl. Amma belə miqyasda uduş birinci dəfədir. Düzün desəm, gözləmirdim.

- “Uduşlu hesab” lotereyası barədə necə öyrəndiniz?

- Mən Neft və Sənaye Universitetində çalışıram və tez-tez bank "VTB (Azərbaycan)"ın “28 may” filialı yaxınlığından keçirəm. Bir gün “Uduşlu hesab” kampaniyası barədə reklamı gördüm. Məni daha çox cəlb edən faiz dərəcəsi oldu - 16%. Düşündüm ki, əmanətimi sərfəli şərtlərlə artıra bilərəm, özü də bir hədiyyə qazanmaq şansı var. Lotereya kampaniyasında hədiyyələrin siyahısını oxuduqda hiss etdim ki, qalib ola bilərəm. Amma düşünürdüm ki, bu telefon və ya başqa bir hədiyyə olar. Avtomobil heç ağlıma gəlmirdi.

- Başqa avtomobiliniz var?

Nə vaxtsa avtomobilim olub. Hələ 1975-ci ildə mən işdən kreditlə "İj" markalı avtomobil almışdım. Bu maaş ilə olan kredit idi, yəni hər ay əmək haqqımdan müəyyən məbləğ kreditə ayrılırdı. Daha sonra mən xaricə köçdüm. Vətənə qayıdandan sonra isə yeni avtomobil almamışam.

- Gələcəkdə "Bank VTB (Azərbaycan)"ın aksiyalarında iştirak etmək niyyətiniz var?

- Əgər "Bank VTB (Azərbaycan)" gələcəkdə də belə növ aksiyalar keçirərsə, mən böyük məmnuniyyətlə iştirak edərəm. Bu bank mənim etibarımı qazandı. Mən əmin oldum ki, bu etibarlı bankdır və onunla işləmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR