Dilçiliyin İnkişafına dair Dövlət Proqramı Prezident Administrasiyasına təqdim olunub

Dilçiliyin İnkişafına dair Dövlət Proqramı Prezident Administrasiyasına təqdim olunub
# 01 fevral 2013 13:55 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Nazirlər Kabineti (NK) "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" üzərində işləri yekunlaşdırıb. Bu barədə APA-ya NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əli bildiirb.

Onun sözlərinə görə, artıq Dövlət Proqramı Prezident Administrasiyasına təqdim olunub. Bununla yanaşı, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Əsasnaməsi də hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib.

Qeyd edək ki, prezident İlham Əliyev ötən il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR