Azərbaycan prezidenti “Elektron hökumət” portalı haqqında Əsasnamə”ni təsdiqləyib

Azərbaycan prezidenti “Elektron hökumət” portalı haqqında Əsasnamə”ni təsdiqləyib
# 05 fevral 2013 16:56 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana uyğun olaraq “Elektron hökumət” portalı haqqında Əsasnamə” təsdiq edilib.

Nazirlər Kabinetinə iki ay müddətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsini, dövlət informasiya sistemlərinin və ehtiyatlarının yaradılmasının və idarə edilməsinin tənzimlənməsi barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə də müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR