Xocalı prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb

Xocalı prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb
# 24 fevral 2015 07:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan etibarən Xocalı prospekti ilə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Sabit Orucov və Afiyəddin Cəlilov küçələrindən istifadə etmələri tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR