"Nikoil Bank" “Yubiley” əmanəti üzrə gəlirliyi 20% artıraq avtomobil udmaq şansı verir

"Nikoil Bank" “Yubiley” əmanəti üzrə gəlirliyi 20% artıraq avtomobil udmaq şansı verir
# 21 noyabr 2014 08:36 (UTC +04:00)

Bakı - APA-Economics. Noyabrın 20-dən "Nikoil Bank" “Yubiley” əmanəti üzrə gəlirliyin 20% artmasını elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aylıq faizlərin alınmasını nəzərdə tutan “Yubiley” əmanətini ən azı 1000 AZN/USD məbləğində 12, 18, 24 aya açılan əmanətlər üçün keçərlidir. Hər ay əmanət üzrə faizlərin çıxarılması nəzərdə tutulur.

Aksiya 2015-ci ilin 15 yanvar tarixinə qədər keçirilir.

Əmanət üzrə gəlirliyin artırılması ilə yanaşı, hər bir əmanətçi bankdan “Toyota Corolla” avtomobili və 20 smartfon oynanılacaq lotereyada iştirak etmək şansı qazanır.

Lotereyanın şərtlərinə əsasən, 1000 AZN/USD-dən 5000 AZN/USD-ə qədər yerləşdirilmiş əmanətə görə lotereyada iştirak etmək üçün 1 şans verilir və hər sonrakı 5000 AZN/USD 1 şansa bərabər olunur. Bununla yanaşı, bir əmanətçi maksimum 10 şans əldə etmək və yalnız bir qiymətli hədiyyə udmaq hüququna malikdir. Bir əmanətçi yalnız bir qiymətli hədiyyə uda bilər.

Hədiyyə fondunun oynanılması 2015-ci ilin 27 yanvar tarixində bankın baş ofisində baş tutacaq. Ünvan: Bakı şəhəri, Puşkin küçəsi, 30.

Qeyd edək ki, Bankın filial şəbəkəsi Bakıda və Azərbaycanın digər şəhərlərində (Sumqayıt, Xırdalan, Gəncə, Bərdə, Lənkəran, Qəbələ və Masallı) yerləşən 21 satış nöqtəsindən ibarətdir.

"Nikoil Bank"ın fəaliyyəti, həmçinin mövcud məhsul və xidmətlər haqda məlumat əldə etmək üçün www.nikoil.az saytına daxil olmaq və ya “981” qısa nömrəli telefona zənq etmək lazımdır.

Bankın rəsmi səhifəsinin Facebook sosial şəbəkəsində ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR