Fuad Qəhrəmanlı: “AXCP-nin qurultayında sədr dəyişikliyi gözlənilmir”

Fuad Qəhrəmanlı: “AXCP-nin qurultayında sədr dəyişikliyi gözlənilmir”
# 21 oktyabr 2014 13:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “AXCP-nin qurultayını noyabr ayının sonlarında keçirməyi planlaşdırırıq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.

O, partiyanın qurultaya hazırlıqları barədə danışıb: “Qurultayın dəqiq tarixi partiyanın rayon təşkilatlarında keçirilən konfransların yekunlaşmasından asılı olacaq. Artıq qurultaya hazırlıq başlayıb, yerlərdə qurultaya nümayəndələr seçilir”.

F.Qəhrəmanlı qeyd edib ki, hazırda partiya sədrliyinə namizədlər barədə məsələlər müzakirə olunmur: “Namizədlər qurultay günü məlum olur. Ancaq onu deyə bilərəm ki, bizdə hər hansı dəyişiklik gözlənilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR