Pərviz Müşərrəf 5 illik mühacirətdən sonra Pakistana qayıdır

Pərviz Müşərrəf 5 illik mühacirətdən sonra Pakistana qayıdır
# 23 mart 2013 16:51 (UTC +04:00)

APA-nın “CNN-Türk”ə istinadən verdiyi məlumata görə, bu gün Dubayda keçirdiyi mətbuat konfransında P. Müşərrəf bildirib ki, nəyin bahasına olursa olsun, sabah ölkəsinə qayıdacaq: “Pakistanın inkişafı üçün və bütün spekulyasiyalara son qoymaq missiyası ilə ölkəmə qayıdıram”.

İçərisində P. Müşərrəf və onu müşayiət edən 240 nəfərin olduğu təyyarənin martın 24-də yerli vaxtla saat 15:00-da Pakistanın Karaçı şəhərinə enəcəyi gözlənilir.

Keçmiş baş nazir Benazir Bhutto və bugti tayfasının lideri Əkbər Xanı öldürməkdə ittiham olunan Pərviş Müşərrəf artıq 5 ildir ki, mühacirətdə yaşayır.

2010-cu ildə o, İslam Birliyi Partiyasını yaradıb və may ayında ölkəsində keçiriləcək parlament seçkilərdə həmin partiyanın namizədi kimi iştirak etmək niyyətindədir.

Talibanlar isə Pakistana gələcəyi təqdirdə P. Müşərrəfi öldürməklə hədələyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR