Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı bayram şənlikləri keçiriləcək

Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı bayram şənlikləri keçiriləcək
# 12 aprel 2013 14:07 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Bakıda 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı bayram şənlikləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bayram tədbirləri çərçivəsində "Atəşgah məbədi" dövlət tarix-memarlıq qoruğu ərazisindəki tikililərin və abadlaşdırılmış məbəd ətrafı ərazilərlə ictimaiyyətin tanışlığı həyata keçiriləcək.

Azərbaycanın zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin "Milli irs mükafatı"nın 2013-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi də keçiriləcək.

Tədbirin bədii hissəsi xalq gəzintisi formatında təşkil ediləcək, qonaqlara və ictimaiyyət nümayəndələrinə geniş konsert proqramı və meydan tamaşaları təqdim ediləcək, tədbirin sonunda atəşfəşanlıq təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR