İstanbulda Ataol Bəhramoğlunun yaradıcılığının 50 illiyinə həsr edilmiş gecə keçirilib - FOTOSESSİYA

İstanbulda Ataol Bəhramoğlunun yaradıcılığının 50 illiyinə həsr edilmiş gecə keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 fevral 2015 00:40 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. İstanbulun Beşiktaş bələdiyyəsinə bağlı Fulya mədəniyyət və sənət mərkəzində müasir Türk poeziyasının görkəmli nümayəndəsi Ataol Bəhramoğlunun yaradıcılığının 50 illiyinə həsr edilmiş gecə keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, gecə Ataol Bəhramoğlu ilə birlikdə həbsdə olmuş dostunun oğlu Utku Asanın piano ifası ilə başlayıb. Daha sonra çıxış edən Beşiktaş bələdiyyə başqanı Murad Xəzinədar Türkiyədə ədəbiyyat və sənət adamlarına diqqəti artırmağın vacibliyini vurğulayıb. Cümhuriyyət Xalq Partiyası sədrinin müavini, Türkiyənin keçmiş mədəniyyət naziri Ərcan Karakaş, CHP lideri Kamal Kılıçdaroğlunun göndərdiyi təbrik məktubunu oxuyub. İstanbul bələdiyyə başqanı Kadir Topbaş məclisdə təmsil edilən partiyalardan bəzi millət vəkilləri, İstanbulun müxtəlif rayonlarının bələdiyyə başqanları da gecəyə təbrik mesajları göndəriblər. Nəbil Özgəntürkün Ataol Bəhramoğlu barədə hazırladığı sənədli filmin nümayişindən sonra Türkiyənin tanınmış şair, yazar və tənqidçiləri Ataol Bəhramoğlunun yaradıcılığı və onun Türk cəmiyyətində oynadığı rol barədə düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Gecənin sonunda çıxış edən şair Ataol Bəhramoğlu bundan sonra daha məhsuldar çalışacağını və cəmiyyətdə cərəyan edən proseslərdə daha fəal iştirak edəcəyini vurğulayıb.

Gecədə APA-ya açıqlama verən CHP İstanbul millət vəkili Kadir Gökmən Öğüt deyib: "Burada bir siyasətçi kimi yox, ədəbiyyatı sevən bir adam kimi iştirak edirəm. Ataol Bəhramoğlu Türkiyəmizin böyük şairi və aydınıdır. Türkiyənin aydınlanması üçün ən çox ehtiyac duyduğu insanlardan biridir. Onun yaradıcılğı qarşısında bir oxucu kimi baş əyir, bundan sonra da möhtəşəm əsərlər yaratmasını diləyirəm”.

50 illik yaradıcılıq gecəsində APA-nın “Azərbaycana hansı mesajı vermək istəyirsiniz?” sualına Ataol Bəhramoğlu belə cavab verib :”50 ildən bəri Türkiyə ilə Azərbaycan arasında ədəbiyyat və mədəniyyət körpüsü olduğuma inanıram. Bundan böyük xoşbəxtlik duyuram. Anar təbrik mesajı göndərib. Sizin də burada iştirakınızı ata bir, ana bir azərbaycanlı qardaşlarımın iştirakı kimi qiymətləndirirəm. Mən də Azərbaycan Türküyəm, ilk və orta təhsilimi Karsda almışam. Azərbaycandakı hər kəsə salam və sevgilərimi göndərirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR