Bank Of Baku

Aprel ayında Gürcüstanda 130 ədəd qanunsuz əldə edilmiş odlu silah aşkarlanıb

Aprel ayında Gürcüstanda 130 ədəd qanunsuz əldə edilmiş odlu silah aşkarlanıb
# 29 aprel 2018 14:06 (UTC +04:00)

Aprel ayı ərzində Gürcüstanda qanunsuz silah və sursat əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı 324 fakt üzrə istintaq başlanıb.

 

APA-nın "apsny.ge" saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Gürcüstan DİN qanunsuz silah və sursat əldə edilməsi, saxlanılması və daşınması ilə əlaqədar 72 nəfər barədə cinayət işi açıldığını açıqlayıb.

 

Ümumilikdə, bu dövr ərzində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz əldə edilmiş 12 ədəd avtomat, 73 ədəd karabin, ov silahı, 34 ədəd tapança, 11 ədəd kustar üsulla hazırlanmış odlu silah, 18 ədəd qaz, səs və pnevmatik silah, o cümlədən böyük sayda güllə aşkarlanaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR