Türkiyənin energetika və təbii ehtiyatlar naziri: “Rusiya qazı Azərbaycan mavi yanacağından bahadır”

Türkiyənin energetika və təbii ehtiyatlar naziri: “Rusiya qazı Azərbaycan mavi yanacağından bahadır”
# 19 mart 2015 07:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. “Türkiyəyə Rusiya qazı Azərbaycan mavi yanacağından baha başa gəlir”

APA-Economics” Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bəyan edib.

Rəsmi olaraq mavi yanacağın qiyməti açıqlanmır.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-ləri bu ölkənin Rusiyadan min kubmetr qazı 425 ABŞ dollarına, İrandan isə eyni həcmdə qazı 490 ABŞ dollarına aldığı barədə məlumat yayıb. Türkiyənin Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə nəql olunan Azərbaycan qazının min kubmetrinə görə 335 ABŞ dolları ödədiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR