Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb.
APA-nın bundan əvvəl verdiyi xəbərə görə, paytaxtın Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) günorta söndürülən yanğın axşam saatlarında yenidən alovlanıb.
Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçiriblər.
***** 20.58
Bakının Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) söndürülən yanğın yenidən alovlanıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.
Əlavə məlumat veriləcək.