Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməsinə razılıq verib

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməsinə razılıq verib
# 12 mart 2015 11:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın müraciətinə baxılaraq, mitinqin martın 15-də saat 15:00-da keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verilib.

Mitinqin qiymət artımına etiraz olaraq keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR