Zahid Oruc: “Bələdiyyələr icra hakimiyyətlərinin total nəzarəti altındadır”

Zahid Oruc: “Bələdiyyələr icra hakimiyyətlərinin total nəzarəti altındadır”
# 02 may 2013 12:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda bələdiyyələr üzərində hansısa məsuliyyətin qoyulması üçün ilk növbədə onlara səlahiyyətlər verilməli və qanunvericilik bazası yaradılmalıdır”. Bunu APA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, qanunvericilik bazası yaradıldıqdan sonra bələdiyyələrin mükəmməl hüquqi çərçivə əsasında fəaliyyət göstərməsi üçün maliyyə mənbələri müəyyənləşməlidir: “Biz bələdiyyələrə nə səlahiyyət vermişik ki, nə də tələb edək? Bələdiyyələr bu gün icra hakimiyyətlərinin total nəzarəti altındadır. Biz bələdiyyələrə təsərrüfat xarakterli səlahiyyətlərin verilməsi istiqamətində addımlar atmalıyıq ki, onun da nəticəsini alaq. Bakıda mənzil-kommunal təsərrüfatı, su təsərrüfat sistemlərinin bütövlükdə obyekt olaraq qurulması, eyni zamanda, onun idarəçiliyi, qorunub-saxlanması səlahiyyətləri bələdiyyələrə verilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR