Rusiya fövqəladə hallar naziri: "Oxot dənizində qəzanın baş verdiyi ərazidə 26 gəmi və 1500 nəfər xilasedici işləyir"

Rusiya fövqəladə hallar naziri: "Oxot dənizində qəzanın baş verdiyi ərazidə 26 gəmi və 1500 nəfər xilasedici işləyir"
# 02 aprel 2015 12:46 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov bildirib.

Onun sözlərinə görə, hazırda hadisə yerində 26 gəmi, aviasiya və 1500 nəfər xilasedici işləyir: "Artıq həmin ərazidə gecədir. Buna baxmayaraq xilasetmə və axtarış işlərinin əhatə dairəsi genişləndiriləcək".

Qeyd edək ki, Oxot dənizində gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil. Xilas olunanların vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, gəmidə olanlardan 63 nəfəri xilas edilib. Onlardan 7-nin vəziyyəti ağırdır. Gəminin heyəti arasında 7 nəfər azərbaycanlı da olub. Onlardan artıq 4 nəfər xilas olunub.

"Uzaq Şərq" böyük balıqçı gəmisinin batması ilə bağlı "Təhlükəsizlik qaydalarına riayət etməmə" maddəsi ilə cinayət işi açılıb. Gəminin məxsus olduğu şirkətdə yoxlama aparılır. Yaxın vaxtlarda müstəntiqlər sağ qalan dənizçiləri sorğu-sual etməyə başlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR