Sığortaçılar Bakıda fərdi ev tikintisinə nəzarətin gücləndirilməsinə dair təkliflər irəli sürüb - FOTO

Sığortaçılar Bakıda fərdi ev tikintisinə nəzarətin gücləndirilməsinə dair təkliflər irəli sürüb - <span style="color: red;">FOTO
# 13 oktyabr 2014 10:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov APA - Economics. Bakının bəzi hissələrində girov predmeti olan və sığortalanan daşınmaz əmlaklar sığorta şirkətlərinə problemlər yaradır.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, qurumun Könüllü sığortalar üzrə komitəsinin iclasında fərdi yaşayış evlərinin tikinti normalarına uyğun tikilməməsi, sürüşmə zonalarına yaxın və yaxud qrunt sularının yer səthinə yaxın olduğu ərazilərdə yerləşməsi və bununla da, sığorta risklərinin artması məsələsi müzakirə olunub.

14 sığorta şirkətinin nümayəndələrinin iştirak etdiyi iclasda bildirilib ki, fərdi evlər əksər hallarda tikinti şirkətləri deyil, vətəndaşların özləri tərəfindən inşa edilir və bu zaman tikinti normalarına əməl olunmadığından həmin evlərdə gələcəkdə istər-istəməz problemlər yaranır. Artıq sığorta şirkətlərindən bir neçəsinin sığortaladığı 5 evdə keyfiyyətlə bağlı problemlər ortaya çıxıb.

Sığorta şirkətlərində deyirlər ki, sığortalanmış və həmin ərazidə yerləşən başqa həyət evlərində də belə problemlərin yaranması ehtimalı var. Sığorta mütəxəssislərinin fikrincə, bu cür vəziyyət isə təkcə sığortaçılar üçün deyil, həm də vətəndaşlar üçün çətinliklər yaradır, onların mənzil probleminin həll etmək üçün çəkdikləri əziyyətin hədər getməsinə səbəb olur.

İclasda məhz bu vəziyyətdən çıxış yolları nəzərdən keçirilib, paytaxtda fərdi ev tikintisinə nəzarətin gücləndirilməsinə dair müxtəlif təkliflər irəli sürülüb.

Bundan başqa, komitənin iclasında könüllü sığorta növləri ilə bağlı mövcud vəziyyət və problemlər, onların inkişaf etdirilməsi yolları, görüləcək işlər də müzakirə obyekti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR