Bakıda özünü 9-cu mərtəbədən atan qadının şəxsiyyəti müəyyənləşdirilib

Bakıda özünü 9-cu mərtəbədən atan qadının şəxsiyyəti müəyyənləşdirilib
# 01 aprel 2015 07:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda intihar edən qadının şəxsiyyəti müəyyənləşib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün rayon ərazisində intihar edən şəxsin Ağdam rayonundan məcburi köçkün olan və Hövsan qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Gülnaz Adil qızı Bəkirova olduğu məlum olub.

Qeyd edək ki, martın 31-də Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında naməlum qadın özünü doqquzuncu mərtəbədən ataraq intihar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR