Ötən il Azərbaycanda 537 km avtomobil yolları tikilib və təmir olunub

Ötən il Azərbaycanda 537 km avtomobil yolları tikilib və təmir olunub
# 15 fevral 2013 09:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 537,2 km uzunluğunda avtomobil yolları tikilib və təmir olunub. «APA-Economics»in məlumatına görə, bu barədə «Azəryolservis» ASC-nin 2012-ci ilin yekunlarına dair dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, 2012-ci ildə respublika əhəmiyyətli avtomobil yollarında 134,6 km, yerli əhəmiyyətli avtomobil yollarında 402,6 km tikinti və təmir işləri aparılıb. Eyni zamanda, hesabat ilində ölkədə 25 körpü istismara verilib.

Bakı şəhərində ötən il 2,8 km avtomobil yolları (Bayraq meydanı ərazisindən keçən magistral yol) tikilib, 104,4 km uzunluğunda yollar isə təmir olunub. Bununla yanaşı, paytaxtda 6 yeraltı piyada keçidi tikilib.

Hesabat ilində həmçinin, uzunluğu 1 200 metr olan «Koroğlu» yol qovşağının III kompleksi (asma konstruksiyalı), uzunluğu 546 metr olan Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində avtomobil tuneli, uzunluğu 566 metr təşkil edən Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunda Kardiologiya Mərkəzinin qarşısında avtomobil tuneli istifadəyə verilib. Eyni zamanda, Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən Neftçilər prospektinin 4 km hissəsi və Şəhər Şosesi kimi tanınan Sabunçu körpüsündən Zabrat dairəsinədək olan 6,2 km yolun yenidən qurulması işləri başa çatdırılıb.

«Ötən ildə Azərbaycanda avtomobil yollarının və körpülərin saxlanılması, təmiri, bərpası və tikilməsi sahəsində 180 mln. manatlıq iş görülüb, ümumi istifadədə olan avtomobil yollarının 537,2 km-i tikilib və ya təmir olunub. Bakı şəhərində qəsəbələr də daxil olmaqla avtomobil yolları, küçə və prospektlərin təmiri və saxlanmasında isə 28 mln. manatlıq iş görülüb», - deyə ASC-nin hesabatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR