Dünya fond bazarında səhmlər bahalaşıb, qızıl və gümüş ucuzlaşıb

Dünya fond bazarında səhmlər bahalaşıb, qızıl və gümüş ucuzlaşıb
# 12 dekabr 2014 07:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,36% - 17 596,34 bəndədək, S&P 500 0,45% - 2 035,33 bəndədək, NASDAQ 0,52% - 4 708,16 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,59% - 6 461,70 bəndədək, Fransa CAC-40-ı 0,05% - 4 225,86 bəndədək azalıb, Almaniya DAX-ı isə 0,64% -9 862,53 bəndədək artıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 1,36% - 17 493 bəndədək, Hang Seng 0,10% - 23 335,35 bəndədək artıb, Shanghai 0,23% - 2 919,13 bəndədək azalıb.

COMEX-də qızılın bir unsiyasının qiyməti 6,70 dollar azalaraq 1 218,90 dollar, gümüş isə 0,08 dollar ucuzlaşaraq 17,03 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR