Qusarda cüdo üzrə beynəlxalq turnir başlayıb

Qusarda cüdo üzrə beynəlxalq turnir başlayıb
# 20 dekabr 2014 13:45 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Qusar Olimpiya İdman Kompleksində 1997-1999-cu il təvəllüdlü oğlanlar arsında cüdo üzrə beynəlxalq turnir keçirilir. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yarış Azərbaycan Cüdo Federasiyası, Qusar Gənclər və İdman İdarəsi və İnter Peşəkar İdman Klubu tərəfindən təşkil olunub.

Beynəlxalq turnirdə Azərbaycanla yanaşı Rusiya və Gürcüstandan olan 230 idmançı doqquz çəki dərəcəsində medallar uğrunda mübarizə aparır. Dekabrın 23-dək davam edəcək yarışda qalib gələn idmançılar təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR