Mayın sonunda Bişkəkdə MDB və Baltikyanı dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçiriləcək

Mayın sonunda Bişkəkdə MDB və Baltikyanı dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçiriləcək
# 08 may 2008 06:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA-Economics. Mayın 29-30-da Bişkək şəhərində (Qırğızıstanın) MDB və Baltikyanı dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının 48-ci iclası keçiriləcək. Bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət Dəmir Yolundan (ADDY) məlumat verilib.
Tədbirdə Azərbaycanı ADDY-nin rəisi Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Tədbirdə “Şuranın 47-ci iclasında qəbul edilmiş qərarların yerinə yetirilməsi və 2008-ci ilin 8 ayı ərzində dəmir yolu şəbəkəsində istismar işlərinin yekunları haqqında”, “Sərnişin və yük qatarlarının hərəkət cədvəlinin, yük qatarlarının, konteynerli vaqonların tərtib olunması planının işlənib hazırlanması və 2008-2009-cu illərdə beynəlxalq miqyasda vaqon axınının istiqamətləndirilməsi haqqında”, “MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti 49-cu iclasının keçirilmə tarixi və yeri haqqında” və s. məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 47-ci iclası ötən il Bakıda keçirilib.
Qeyd edək ki, ADDY quruma 1992-ci ildən üzvdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR