Cəlilabad sakinindən 5 kiloqram narkotik vasitə götürülüb

Cəlilabad sakinindən 5 kiloqram narkotik vasitə götürülüb
# 08 may 2008 10:41 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Qaradağ Rayon Polis İdarəsi (RPİ) 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Mükafat Bədəlovdan 5,08 kq marixuana götürülüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Nazim Qəmbərovdan 1,023 qr heroin götürülüb. Araşdırma zamanı N.Qəmbərovun narkotik vasitəni həmyerlisi, əvvəllər məhkum olunmuş Teymur Qafarovun xahişi ilə Rəsulzadə qəsəbəsinin sakini Əli Cavadovdan aldığı müəyyənləşdirilib. Ə.Cavadov tutulub, ondan 32,75 qr tiryək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR